Sabunçuda tuneldən su çəkildi 

21:19 16.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib. 

Hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.